16:13 06.12.2022 261

Jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirildi - FOTOLAR

Dekabrın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib.

Təlim Azərbaycanın xarici siyasət gündəmində baş verən son hadisələrin, əməkdaşlıq perspektivlərinin bu sahədə ixtisaslaşmış jurnalistlərə çatdırılması və onların bu xarici siyasətlə bağlı media fəaliyyətlərinə  istiqamət verilməsi məqsədini daşıyır. Təlimdə 25 media təmsilçisi iştirak edib. 

Təlimin açılış mərasimində çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan xarici siyasət gündəminə dair jurnalistlərlə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra regionda yeni reallıqlar formalaşıb və Azərbaycanın səsinin, xarici siyasət kursunun beynəlxalq ictimaiyyətə çatdırılmasında jurnalistlər böyük rola malikdirlər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təlimin dünyada və ölkədə baş verən hadisələri, ictimai-siyasi xarakterli prosesləri təhlil edərək cəmiyyətə çatdıran media nümayəndələrinin bu istiqamətdə praktiki bacarıqlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib. O, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Medianin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə bu ilin yanvar ayında “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda keçirilən 3 günlük təlimin də Azərbaycan jurnalistlərinin bu istiqamətdə peşəkarlığının artırılması baxımından ciddi praktik addım olduğunu vurğulayıb: “Vətən müharibəsində qazandığımız qələbə bütün sahələrdə olduğu kimi media ictimaiyyətinin də işində əsaslı dönüş yaratmışdır. Qələbənin əldə olunmasında istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərmiş hər bir insanın həyat hekayəsini, möhtəşəm Zəfərimizə verdiyi töhfəni işıqlandırmaq, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, “Böyük Qayıdış”ı geniş auditoriyaya çatdırmaq Azərbaycan jurnalistikasının əsas mövzusudur. İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir”.

Təlimçi qismində BMTM-in ixtisaslaşmış ekspertləri iştirak ediblər. BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova “Ermənistanla Azərbaycan arasında nizamlama prosesi”, BMTM-in şöbə müdiri Cavid Vəliyev “Azərbaycan-Türkiyə əlaqələri” və BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov “Orta Asiyada son dinamikalar, Orta Dəhliz” mövzusunda təlim keçiblər, iştirakçıların suallarını cavablandırıblar. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X