12:16 08.07.2022 247

Dünya Oyunlarının açılış mərasimi keçirildi - FOTOLAR

ABŞ-ın Alabama ştatının Birmingem şəhərində XI Dünya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, mərasim "Protective Stadium" arenasında baş tutub. 36 idman növü üzrə multi-idman oyunlarında iştirak edən 103 ölkənin nümayəndələri rəsmi paradla stadiona daxil olub.

Azərbaycanı açılış mərasimində karate üzrə milli komandanın üzvləri və federasiya rəsmiləri təmsil edib.

Komandaların paradında Azərbaycan bayrağını daşımaq Tokio Olimpiadasının gümüş mükafatçısı, dəfələrələ Dünya və Avropa çempionu İrina Zaretskaya həvalə olunub.

Sonra Beynəlxalq Dünya Oyunları Assosiasiyasının (IWGA), Amerika Birləşmiş Ştatlarının və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayrağı arenaya gətirilərək nümayiş etdirilib.

Rəsmi çıxışlarda Birmingem şəhərinin meri Randall Voodfin və IWGA-nın prezidenti Xose Perurena yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Müxtəlif növlər üzrə tanınmış idmançı, məşqçi, hakim və federasiya rəsmiləri Dünya Oyunlarında mübarizədə Fair-Play qaydaları və idman prinsiplərinə sadiq qalacaqları üçün and içib.

ABŞ-ın aparıcı ağır sənaye şəhərlərindən olan Birmingemin tarixi və inkişafını əks etdirən kütləvi bədii kompozisiya və rəqslər, ölkənin, eləcə də Alabama ştatnın tanınmış müğənni və qruplarının ifası idman camiəsi və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Təntənəli açılış mərasimi səmada BOK-un və Dünya Oyunlarının loqotipləri, həmçinin bu multi-idman yarışında bir sıra növlərin qrafik təsviri əks olunan xüsusi effektlər nümayiş edilib.

Tədbir atəşfəşanlıqla başa çatıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X