00:01 15.02.2020 1781

Manolova "gümüş", Omelçenko "bürünc" aldı

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

 

 

Fanat.Az xəbər verir ki, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulub.

Tatyana Varansova ilk görüşdə İspaniya təmsilçisiylə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq 1/8 finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb. Rəqibin finala çıxması həmyerlimizə təsəlliverici görüşə çıxmaq şansı verib. Ancaq beşinci yarış günündə Rumıniya idmançısıyla baş tutan qarşılaşma da uğursuzluqla nəticələnib. Varansova hesabda 3:2 öndə olsa da, sonuncu dəqiqədə təşəbbüsü əldən verərək məğlub olub.

Alyona Kolesnik ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü fevralın 14-də 3-cü yer uğrunda güləşib. Kolesnik belaruslu həmkarına da məğlub olub.

Tatyana Omelçenko təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığma üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında dünya və ikiqat Avropa çempionu Yuliya Tkaça məğlub olub. Omelçenko fevralın 14-də bürünc medal uğrunda güləşib və Belarus idmançısını üstələyərək 3-cü yerin sahibi olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova startda dünya və 2 qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb. Ancaq təmsilçimiz titulunu qoruya bilməyib. Bolqar rəqibinə uduzan Elis bu dəfə gümüş medalla kifayətlənib.

Beləliklə, yığmamız Avropa çempionatını bir gümüş və bir bürünc medalla başa vurub.

53 kq

Təsnifat: Tatyana Varansova - Marina Rueda Flores (İspaniya) - 8:5
1/8 final: Tatyana Varansova - Cesika Korneliya Blaşka (Niderland) - 0:10
Təsəlliverici görüş: Tatyana Varansova - Suzanna Georgiana Seykariu (Rumıniya) 3:4

57 kq
1/4 final: Alyona Kolesnik - Qreys Cekob Bullen (Norveç) - 0:5 (tuşe)
Bürünc medal görüşü: Alyona Kolesnik - İrina Kuraçkina (Belarus) - 1:4

62 kq

Təsnifat: Tatyana Omelçenko - Aurora Kampaqna (İtaliya) - 3:0
1/4 final: Tatyana Omelçenko - Marianna Sastin (Macarıstan) - 5:3
1/2 final: Tatyana Omelçenko - Yuliya Tkaç (Ukrayna) - 0:4
Bürünc medal görüşü: Tatyana Omelçenko - Veranika İvanova (Belarus) - 4:0

65 kq

1/4 final: Elis Manolova - Petra Olli (Finlandiya) - 8:1
1/2 final: Elis Manolova - Mariya Kuznetsova (Rusiya) - 7:3
FİNAL: Elis Manolova - Mimi Nikolova Xristova (Bolqarıstan) - 3:6

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

Facebookdan bizi izləməyi unutmayın.
X