14:04 10.03.2022 1712

\"Himnimizi erməniyə dinlətdirmək istəyirdim\" - Avropa çempionumuz

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında 77 kiloqram çəki dərəcəsində Azərbaycana qızıl medal qazandıran yunan-Roma güləşçisi Xasay Həsənlinin Fanat.Az-a müsahibəsi

- Çempionumuzu yaxından tanıyaq.
- 2002-ci ildə Lənkəran şəhərində dünyaya gəlmişəm. Güləşə gəlişim atamın istəyinə görə olub. Şəxsi müəllimim atamın dostudur. O, bizə qonaq gələndə qardaşımla məni görüb atamdan bizi öz yanına göndərməsini istəmişdi. Beləcə, 10 ildir güləşdəyəm. Yeniyetmələr arasında Avropa çempionatının bürünc medalçısı, 2019-cu ildə Bakıda keçirilən Gənclərin Yay Olimpiya Festivalının qalibi olmuşam. Keçən il də gənclərdə gənclərin Avropa birinciliyində üçüncü yeri tutmuşam.

- Bu Avropa çempionatı 77 kiloqramda birinci beynəlxalq yarışın idi. İlk cəhddəcə özündən qızıl medal gözləyirdin?
- Avropa çempionatından öncə Gürcüstanın Bakuriani şəhərində təlim-məşq toplanışı keçmişdik. Sonra da Bakıda yaxşı məşqlərimiz oldu. Yarışa özümü tam hazır hiss edirdim. Yəni nəticəm özüm üçün gözlənilməz olmadı. Hər bir rəqibə qarşı özümü tam hazırlıqlı hiss edirdim.

72 kiloqramda son beynəlxalq yarışım Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatı olmuşdu. Orada bürünc medal uğrunda görüşdə erməni idmançıya uduzub beşinci yeri tutmuşdum. Ondan sonra özümə söz verdim ki, daha yaxşı hazırlaşıb gələcək yarışlarda daha güclü olduğumu sübut eləməliyəm. Təəssüf ki, həmin idmançı ilə bu dəfə üz-üzə gəlmək imkanım olmadı. O, əvvəlki çəkidə - 72 kiloqramda üçüncü yeri tutdu. Mənim çəkimdəki erməni isə ilk mərhələdən uduzub çıxdı. Çox istərdim ki, ermənini udum, kürsüdə ona himnimizi dinlətdirim. Eybi yox, bu da qalsın gələn yarışlara. Mən bu bu nəticəni böyüklərdə də davam etdirmək, Olimpiya çempionu olmaq istəyirəm. Ona görə qərara gəldim ki, çəkimi 77-yə qaldırım.

- Çempionat güclü Rusiya yığmasının iştirakı olmadan keçirilir. Şimal qonşularımızın məlum səbəblərdən yarışa qatılmamasının nəticənə təsirini necə qiymətləndirirsən? 
- Rus güləşçinin olmamasına, açığı, heyfsiləndim. O mənada ki, mən həmişə güclü rəqabət tərəfdarı olmuşam. Ancaq bunu da deyim ki, bizim çəkidəki rusiyalı idmançı son yarışda yaxşı formada deyildi. Ümumiyyətlə, düşünürəm ki, onunla görüşəcəyim təqdirdə, qələbə şansım heç də az olmazdı.

- 77 kiloqram Olimpiya çəkisidir. Kifayət qədər də rəqabətli çəkidir. Görünür ki, yetərincə iddialısan. Böyüklərdən ibarət yığmada da bu çəkidə güclü, titullu idmançılar var. Onlarla rəqabət barədə fikirlərin nədir?
- Doğru vurğuladınız ki, çətin çəkidir. İstər öz komandamızda, istərsə də beynəlxalq arenada kifayət qədər yaxşı idmançılar var. İnşallah, ən xeyirlisi olar.

- Qızıl medalını kimə həsr edirsən?
- İlk növbədə qardaşıma həsr edirəm. Ümumilikdə üzərimdə əziyyəti olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu, son deyil. Nəticələrimin davamı olacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyun 2024
22:45

"Zirə"yə alqış düşür" - Qurban Qurbanov 

22:30

"Bu oyun böyüməyimizə imkan verəcək" - Rəşad Sadıqov 

21:58

Azərbaycan Kuboku: "Qarabağ" "qızıl dubl" etdi

21:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

20:17

Maksim Medvedev karyerasını başa vurdu

20:00

"Şamaxı" Ramiz Məmmədovla bağlı qərar verdi

19:20

Toni Kroosun varisi bilindi - "8 nömrə"ni ona verəcəklər

18:33

"Sevilya"da yeni baş məşqçi - RƏSMİ

17:47

U-21-in heyətində dəyişiklik

17:24

Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu

16:50

"Qrupdan çıxmaq məqsədimiz yoxdur" - İordaneski

15:57

Ronaldu Naço ilə Kazemironu "dilə tutur"

15:18

"İnanıram ki, Peres mənimlə müqaviləni yeniləyəcək" - Vinisius

14:45

"Real"da eqolu futbolçu yoxdur" - Ançelotti 

14:00

AÇ:  Azərbaycan millisi inamlı qələbə ilə başladı

13:40

Joze Mourinyu "Fənərbağça"nın yeni baş məşqçisidir - RƏSMİ

13:00

Daha bir Azərbaycan boksçusu Paris-2024-də

12:33

Final oyununa təyinatlar bilindi

12:24

Qəbələdə beynəlxalq turnir keçirilir

11:32

"Arsenal" Zinçenko ilə bağlı qərarını verdi

10:55

Günün oyunları bu kanallarda - AFİŞA

10:26

"Qarabağ" ÇL-ə ikinci mərhələdən başlayacaq

09:30

Niderlandlı oyunçu İtaliya çempionundan ayrılacaq

00:51

"Real" ÇL-in qalibi oldu

01 İyun 2024
23:09

Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak etdi

21:23

Qəbələdə şəhid övladları üçün yay düşərgəsi başlayıb

18:44

"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

18:22

Rəşad Sadıqov final oyunu barədə fikirlərini bölüşdü

17:35

Neymar son nöqtəni qoydu - Gedir?

01 Yanvar 1970
04:00

17:14

"Zirə"yə qarşı oynamaq həmişə çətindir" - Qurban Qurbanov

16:49

"Şamaxı" Əbili də yola saldı

16:26

Misli Premyer Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

15:55

ABŞ şirkəti "Everton"u ala bilmədi

15:39

"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

14:57

Bunu Azərbaycan Kubokunda 3 komanda bacarıb

14:28

"Qalatasaray" Mertenslə bağlı qərarını verdi

14:00

Rafinya Səudiyyə Ərəbistanı klubunda?

13:26

Sarriyə rekord məbləğdə təklif

13:10

"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

Facebookdan bizi izləməyi unutmayın.
X