19:34 11.03.2022 856

AÇ: İki sərbəst güləşçimiz finalda

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən Zirəddin Bayramov yarımfinalda fransalı Marvan Ahmed Yezzaya qalib gəlib. O, həlledici mərhələdə Ermənistan təmsilçisi Hraçya Marqaryanla üz-üzə gələcək.

97 kq-da yarışan İslam İlyasov yarımfinalda macarıstanlı Riçard Veqi məğlubiyyətə uğradıb. İlyasov qızıl medal uğrunda almaniyalı Yohannes Mayerlə münasibətləri aydınlıqlaşdıracaq.

1/4 finalda uduzan Tofiq Əliyev (57 kq) rəqibi finala çıxdığı üçün bürünc medal uğrunda görüşdə Bolqarıstandan olan İvaylo Milenova rəqib olub.

Əşrəf Aşırov (79 kq) da rəqibi finala yüksəldiyindən medal şanslarını davam etdirir və sabah təsəlliverici qarşılaşmada almaniyalı Konstantin Schaible ilə görüşəcək.

*** 15:34

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən Zirəddin Bayramov ardıcıl olaraq bolqar Stilyan İliyevi və türkiyəli Hamza Alacanı məğlub edib. O, finalın bir addımlığında fransalı Marvane Ahmed Yezza ilə üz-üzə gələcək.

Mübarizəyə 1/4 finaldan qoşulan İslam İlyasov (97 kq) isə ilk görüşdə gürcü Riveri Mitsituriyə qalib gələrək yarımfinala adlayıb.

57 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Əliyev 1/4 finalda almaniyalı Justin Horsta uduzub. 70 kq yer alan Murad Yevloyev 1/8 finalda isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən üstələsə də, bolqar İvan Stoyanovun müqavimətini qıra bilməyib. Əşrəf Aşırov (79 kq) isə ilk qarşılaşmasında gürcü Evsem Şvelidzeyə yenilib.

***

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın beşinci günündə sərbəst güləş üzrə mübarizəyə start veriləcək. Azərbaycan millisinin üzvlərindən ilk olaraq Tofiq Əliyev (57 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Əşrəf Aşırov (79 kq) və İslam İlyasov (97 kq) qitə birinciliyində qüvvəsini sınayacaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Yarımfinallara isə 18:45-də start veriləcək.

Bu gün həmçinin qadın güləşi üzrə millinin üzvlərindən Jalə Əliyeva (62 kq) finalda, Gültəkin Şirinova (53 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq. Medal görüşləri 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında üçüncü sırada başa vurublar. Qadın güləşçilərin aktivində isə hələlik 1 gümüş və 1 bürünc mükafat var.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

Facebookdan bizi izləməyi unutmayın.
X