Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada özbəkistanlı Jasurbek Ortikboyevlə üz-üzə gəlib.
Rəqibini 10:1 hesabı ilə məğlub edən Əzizli İslamiadanın qalibi olub.
Qeyd edək ki, bu gün həmçinin Ülvü Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və qadın güləşçi Elis Manolova (65 kq) final görüşünə çıxacaqlar.