Bakıda həndbol üzrə kişi komandalar arasında 2026-cı il Avropa çempionatının ilkin seçmə turniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün 3-cü - sonuncu turda Azərbaycan yığması Kipr kollektivi ilə qarşılaşacaq. Görüş saat 15:00-da başlayacaq.
Qrupun digər oyununda Böyük Britaniya və Malta komandaları qarşılaşacaq. Bu oyun saat 12:45-də start götürəcək.
Bundan əvvəl Azərbaycan Maltanı üstələyib (34:25), Böyük Britaniyaya uduzub (22:39). Kipr isə maltalıları məğlub edib (47:26), britaniyalılarla bərabərə qalıb (25:25).