Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir.
Fanat.Az xəbər verir ki, komanda hazırlığın ilkin mərhələsinə mayın 15-də Bakıda start verib. 22 həndbolçunun cəlb olunduğu toplanışa baş məşqçi Slavisa Ristiçeviç rəhbərlik edir. Köməkçi məşqçi Fuad Yangildindir.
Məşqlər “Sərhədçi” Olimpiya İdman Mərkəzi və "Dinamo" İdman Cəmiyyətində keçirilir.
Bakıdakı toplanış iyunun 15-də yekunlaşacaq. Ardınca isə ölkə xaricində davam etdiriləcək.
Milli iyunun 24-dək Gürcüstanda hazırlıq keçəcək. Həmin təlim-məşq toplanışında bir neçə yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Hazırlıq planına əsasən, seçmə komanda digər toplanışlara da qatılacaq.
Qeyd edək ki, 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarındakı rəqiblər hələlik məlum deyil.