V İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək Azərbaycanın kişi və qadın həndbolçularının rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, İslamiadada çıxış edəcək kişilərdən ibarət millimizin 7 ölkənin (Səudiyyə Ərəbistanı, Qətər, İraq, Türkiyə, İran, Azərbaycan və Mərakeş) iştirak edəcəyi yarışda rəqibləri dəqiqləşib. Komandamız püşkün nəticəsinə əsasən Türkiyə və İran milliləri ilə B qrupunda qüvvəsini sınayacaq.
Qadınlardan ibarət millimiz isə püşkün nəticəsinə əsasən İran, Əfqanıstan və Kamerun yığmaları ilə B qrupunda yer alıb.
Qadınların yarışında A qrupunda Özbəkistan, Türkiyə, Seneqal, Banqladeş və Qətər milliləri mübarizə aparacaqlar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçiriləcək.