Rusiyalı mütəxəssis Konstantin İqropulo "Barselona"nın məşqçisi olacaq.
Fanat.Az xəbər verir ki, söhbət Kataloniya təmsilçisinin həndbol komandasından gedir.
İnformasiyanı Stavrapol "Viktor"unun rəsmi saytı yayıb. İqropulonun "Barselona"nın baş məşqçisi Karlos Orteqaya kömək edəcəyi bildirilib.
Qeyd edək ki, Konstantin 2009-2012 illər aralığında "Barselona"da çıxış edib və bu komanda ilə Çempionlar Liqasının qalibi olub.
Nihat