Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, yığma B qrupundakı ikinci matçında Əfqanıstan millisi ilə qarşılaşıb. Görüş Azərbaycan seçməsinin 43:9 hesablı qalibiyyəti ilə başa çatıb.
Qeyd edək ki, milli komandamız qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilib.