10:46 12.08.2022 259

İslamiada: Azərbaycan millisinin yarımfinalda rəqibi bəlli oldu

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında yarımfinala adlayan Azərbaycanın qadınlardan ibarət həndbol millisinin rəqibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, B qrupunu lider olaraq tamamlayan milli finalın bir addımlığında Özbəkistan komandası ilə qarşılaşacaq. Rəqib ötən gün A qrupunda meydan sahibi Türkiyəyə 29:42 hesabı ilə uduzaraq ikinci olub.

Qeyd edək ki, Azərbaycan - Özbəkistan görüşü sabah - avqustun 13-də keçiriləcək. Digər yarımfinal matçında isə Türkiyə ilə Kamerun üz-üzə gələcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X