Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2023-ün Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarına hazırlaşır.
Fanat.Az xəbər verir ki, Çingiz Əzimovun rəhbərliyi ilə həyata keçirilən məşqlər əsasən taktiki-texniki istiqamətdə aparılır.
Xatırladaq ki, püşkatmanın nəticəsinə görə millimiz ilkin mərhələdə Portuqaliya komandası ilə qarşılaşacaq. Hər iki oyun rəqib meydanında keçiriləcək.
Görüşlər noyabrın 3-ü və 5-də Paredes şəhərinin “Multiusos de Paredes” arenasında təşkil olunacaq.