Noyabrın 12-də kişi həndbolçular arasında Azərbaycan çempionatının 2022-2023-cü il mövsümünə start veriləcək.
Fanat.Az xəbər verir ki, yarış dairəvi sistem üzrə dörd dövrədən ibarət olacaq.
Aprelin 30-dək davam edəcək çempionatın oyunları “AHF Arena”da keçiriləcək.
Hər komanda rəqibi ilə iki gün ərzində qonaq və ev oyunlarını keçirəcək.
Təsdiqlənən reqlamentə əsasən, qələbəyə görə 3 xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda 2, məğlub isə 1 xal qazanacaq.
Çempionatın ilk turunda “Təhsil” – U-16, “Məhsul” – “Bakı” və İdman Akademiyası – RİOEUGİM oyunları keçiriləcək.
Qadınların ölkə çempionatı isə noyabrın 19-da start götürəcək. Birinci turda İdman Akademiyası – “Azəryol” və “Azərsu” – U-16 matçları oynanılacaq.