Qadın həndbolçulardan ibarət Azərbaycan yığması 2023-cü il dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Çingiz Əzimovun yetirmələri seçmə mərhələnin cavab oyununda Portuqaliya yığması ilə qarşılaşıb və yenə məğlub olub (12:36).
Qeyd edək ki, ilk oyunda rəqib 32:19 hesabı ilə qalib gəlib. Hər iki qarşılaşma Portuqaliyanın Paredes şəhərində keçirilib.