Azərbaycan kikboksinq milli komandasının 57 kq çəki dərəcəsindəki üzvü Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.
Fanat.Az xəbər verir ki, yarış Gürcüstanın paytaxtı Tbilisidə keçirilib.
Azərbaycan idmançısı kəmər uğrunda döyüşdə erməni əsilli Gürcüstan idmançısı Qela Xocelianiyə qalib gəlib.
Qeyd edək ki, Məhəmməd İmanov gənclər arasında WAKO Avropa birinciliyinin qalibi , dünya çempionatının gümüş medalçısı, böyüklər arasında WAKO dünya çempionatının ikincisidir.