Azəbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, kikboksinq millimizin üzvü Fərid Ağamoğlanov (Full kontact 63,5 kq) final döyüşünü də qələbə ilə başa vuraraq qızıl medala sahib çıxıb.
Camal Məmmədov (Full kontact, 54 kq) isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bununla Azərbaycanın İslamiadadakı qızıl medallarının sayı 27-yə çatıb.