14:42 11.08.2023 1084

"Ehtiyatlı danışmışdım, "Sabah" məni təəccübləndirdi" - Aslan Kərimov

Dünən UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iki təmsilçimizin -  "Sabah" və "Neftçi"nin mübarizəsini izlədik. "Xalq komandası" "Neftçi Arena"da "Beşiktaş"a 1:3 hesabı ilə uduzdusa, "bayquşlar" Masazırda "Partizan"ı 2 cavabsız qolla yendi. 

Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb Azərbaycan komandalarının şanslarını dəyərləndirməsini istədik. Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah" məni sərgilədiyi oyunla təəccübləndirdi. Matçdan öncə Belqrad klubu barədə ehtiyatlı danışmışdım. Hesab edirdim ki, "Partizan" səddini keçmək gənc klub üçün çox çətin bir vəzifədir. Birinci hissədəki oyun da məhz bunu deməyə əsas verirdi. "Sabah" ın aqressiv futbol oynayan rəqibinə qarşı təmkinli mübarizəsi və bunun fonunda əzimkarlıq göstərərək öz oyun üslubunu meydanda diqtə etməsi Serbiya klubunu təslim olmağa məcbur etdi. Təmsilçimizin hücum xəttində yer alan oyunçuların ustalıq səviyyəsi isə oyunun axarını dəyişdi. Mən təxmin etməzdim ki, "Sabah" hücum xəttində bu dərəcədə aktiv oyun sərgiləyib rəqibi susduracaq. Ölkə çempionatında "Qəbələ" üzərində qazanılan 5:0 hesablı qələbə komandaya avrokubok öncəsi motivasiya oldu. Dünən "Sabah" gözləniləndən də böyük əzimkarlıq göstərdi. Murad Musayevin komandası səfərə iki top fərqi ilə öndə yollansa da, hər kəs bilir ki, çılğın "Partizan" azarkeşləri önündə oynamaq heç də asan olmayacaq. Hərçənd "Sabah" səfərdə serbləri əks-hücumlarda cəzalardırıb işi bitirə bilər.

"Neftçi"yə gəlincə, təxminlərim doğruldu. Mən "Beşiktaş"la "Partizan"ı eyni gücdə olduğunu düşünürdüm, lakin heç də belə olmadığını gördüm. İstanbul təmsilçisi daha ciddi və pressinq edən rəqib idi. Bakı klubunun oyununa nəzər yetirsək görərik ki, potensialının ən yaxşısını ortaya qoydu. "Neftçi" birinci hissədə istədiyi kimi oynamağı bacarmasa da, ikinci yarıda müəyyən üstünlük əldə edə bildi. Sadəcə, "Beşiktaş"ın ön xətdəki təzyiqinə tab gətirmək mümkün olmadı ki, bunu rəqibin üçüncü qolunun vurulduğu epizodda da aydın şəkildə görə bilərsiniz. Təzyiq altında buraxılan üçüncü qol oyunçuların hazırlıq səviyyəsinin hansı göstəricidə olduğundan xəbər verir. "Neftçi"nin növbəti mərhələ şansı azdır və hesab arasındakı fərqi səfər oyununda dəyişmək imkanları çətin görünür".

Nahid Məmmədov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

Facebookdan bizi izləməyi unutmayın.
X