10:59 16.08.2023 495

\"Bakıya yaxşı nəticə ilə dönmək istəyirik\" - Qurban Qurbanov 

"HİK-lə oyuna yaxşı hazırlaşmışıq. Düzdür, çempionat oyunundan sonra komanda şəklində cəmi iki gün məşq edə bildik.  Yaxşı oynamaq və Bakıya yaxşı nəticə ilə dönmək istəyirik. Yaxşı nəticə üçün çox güc sərf etməliyik”. 

Fanat.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Finlandiya səfəri öncəsi hava limanında jurnalistlərə açıqlama verən mütəxəssis “Sabah”dan fərqli olaraq, “Neftçi” və “Qarabağ”ın çempionat oyunlarının təxirə salınmamasına münasibət bildirib: 

“Belə bir məsələ var idi. Məncə, federasiya tərəfindən oyunun təxirə salınması üçün heç bir problem olmazdı. Hətta danışıq da olmuşdu. Sadəcə biz bunu istəmədik. Bəlkə də gələcəkdə belə hal olanda matçın təxirə düşməsini istəyəcəyik. Lakin indiki halda digər futbolçularımın da oynamasını çox istəyirdim, bu, oyun praktikası baxımınan çox vacib idi. Bəzən sonradan meydana çıxanda az oynayan futbolçular müəyyən problemlərlə üzləşirlər. Ona görə də “Turan Tovuz”la qarşılaşmanı təxirə salmadıq”. 

Qurbanov komandasının yeni transferlərindən olan Juninyonun çıxışını da dəyərləndirib: “Komandaya, Bakıya uyğunlaşır. Ancaq hələ çatışmayan cəhətlər çoxdur. Fiziki forması ideal səviyyədə deyil. İnanıram ki, zaman keçdikcə “Qarabağ” üçün daha faydalı futbolçu ola biləcək”. 

“Qarabağ”ın baş məşqçii HİK-lə səfər matçının süni ot örtüklü meydançada keçirilməsinə də toxunub: “Süni ot örtüyündə məşq etmədik. Bilirsiz ki, bu cür meydançalar futbolçunu bir qədər çox yorur. Ona görə də belə bir riskə getmədik. Orada süni meydançada məşq edib şəraitə uyğunlaşacağıq. Çünki başqa yolumuz yoxdur”.

Qurban bəy HİK-i mübarizədən kənarlaşdıracaqları halda pley-off mərhələsində üz-üzə gələcəkləri Sloveniya “Olimpiyası”nın çıxışını hələ izləmədiyini söyləyib: “Xeyr, dünən  “Olimpiya”nın “Qalatasaray”la görüşünü izləməmişəm. Hazırda yalnız öz oyunumuzu düşünürük”. 

50 yaşlı çalışdırıcı Polşa çempionu “Rakuv”un “Qarabağ”ın ardınca Kipr “Aris”ini də mübarizədən kənarlaşdırmasına təəccüblənmədiyini qeyd edib: “Rakuv”un pley-offa yüksəlməsi məni təəccübləndirmədi. Daha əvvəl də demişdim ki, Polşa çempionu çox yaxşı komandadır. Məncə, onlar bu nəticəyə layiq idilər. Çox istəkli kollektivdilər. Mən Polşa klublarına həmişə hörmətlə yanaşmışam. Onlarda Avropanın əksər ölkələrində olmayan intizam var”. 

O, “Rakuv” uğursuzluğundan sonra komanda üzərində yaranan təzyiqin artıq nisbətən azaldığını vurğulayıb: “Bəli, müəyyən ölçüdə təzyiq üzərimizdən qalxıb. Amma hər bir halda həyəcan var. Bizim həyəcan keçirmədiyimiz matçlar olmur. Qarşılaşmadan əvvəl az da olsa pis tərəfini də düşünürsən ki, görəsən, necə olacaq. Həyəcan hardasa məsuliyyətdir".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

Facebookdan bizi izləməyi unutmayın.
X