Bu gün UEFA Konfrans Liqasında ikinci finalçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, mərhələnin son görüşü İngiltərənin “Aston Villa” klubu ilə Yunanıstan “Olimpiakos”u arasında baş tutub.
İngiltərədən 4:2 hesablı qələbə ilə ayrılan yunanlar evdə iki cavabsız qol vuraraq finalda "Fiorentina"ya qarşı oynamaq hüququ qazanıblar.
Xatırladaq ki, “Fiorentina” yarımfinalda “Brügge”ni mübarizədən kənarlaşdırıb.
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
9 may
Olimpiakos (Yunanıstan) – Aston Villa (İngiltərə) 2:0
Qollar: El Kaabi, 10; 81
Baş hakim: Feliks Svayer (Almaniya)
Pirey. "Karaiskakis Arena"
İlk oyun - 4:2