Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun "Dinamo” (Brest) və Çexiyanın "Viktoriya” (Plzen) klubları arasında keçiriləcək ilk oyunun məkanı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, Belarusda keçirilməli olan matç Gürcüstanda baş tutacaq.
Bu barədə Brest təmsilçisinin rəsmi saytı məlumat yayıb. İyulun 28-nə nəzərdə tutulan qarşılaşma Batumi şəhərində oynanılacaq. Buna səbəb UEFA-nın Belarusda öz bayrağı altında oyunların keçirilməsini yasaqlamasıdır.
Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 22-də Plzendə baş tutacaq.
Fanat.Az