UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiya Federasiyasının "Soçi" komandası ilə qarşılaşacaq "Keşlə" hər iki oyun üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Fanat.Az xəbər verir ki, məlumatı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb.
Siyahıda yer alan futbolçuların adlarını təqdim edirik:
Qapıçılar: 1. Stanislav Namaşko, 85. Kamal Bayramov, 27. Əkbər Vəliyev
Müdafiəçilər: 2. İlkin Qırtımov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Tural Axundov, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 21. Miyusko Boyoviç, 22. Elçin Mustafayev, 44. Sərcan Omarov
Yarımmüdafiəçilər: 7. Rəhman Hacıyev, 10. Felipe Santos, 14. Tiran Vəlizadə, 77. Merab Giqauri, 17. Omar Qudiyabi, 72. Aldair Neto, 99. Rafael Məhərrəmli
Hücumçular: 29. Amil Yunanov, 50. Samir Abdullayev
Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.