17:15 16.07.2021 812

Vaqif Sadıqov: “Qarabağ” Konfrans Liqasının favoritidir”

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Vaqif Sadıqov sabiq klubu "Neftçi”nin Çempionlar Liqasının ilk təsnifat mərhələsindəki oyunları, klublarımızın avrokuboklara hazırlıqları haqda fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, Vaqif bəy Qaynarinfo-ya müsahibəsində bir sıra maraqlı məqamlarla yanaşı, Mahir Emrelinin Polşa klubundakı çıxışına da toxunub.

- "Neftçi”nin çıxışı haqda fikirləriniz necədir? Komandanın qələbə qazanmasına baxmayaraq, istənilən səviyyədə oynamadığını düşünənlər çoxdur.
- Bu gözlənilən idi. Ancaq ən vacibi odur ki, hər iki oyunda qələbə qazandılar. Bu istənilən halda futbolçulara müsbət təsir edəcək. Gələcək oyunlara rahat hazırlaşıb, motivasiya olacaqlar. İstər-istəməz bir şeyi başa düşməliyik. Reallıq budur ki, bizim çempionat hələ başlamayıb, komandalar hazırlıq dövrü keçir. Rəqib tam hazır olmaya bilər. "Dinamo”nun təmsil etdiyi Gürcüstanda isə çempionat gedir. Hesab edirəm ki, komandamız sırf praqmatik futbol oynamaqla lazım olan nəticəni əldə etdi, azarkeşləri sevindirdi və mərhələ adladı. Səhvləri baş məşqçi görür və oyundan-oyuna düzəltməyə çalışır. "Neftçi”nin xoşuma gələn tərəfi sona qədər mübarizə aparmasıdır. Evdəki oyunda məğlub duruma düşsələr də, özlərində güc tapıb geridönüş edə bildilər. Bu onun göstəricisidir ki, komandada psixoloji durum lazım olan səviyyədədir. "Olimpiakos”u keçmək üçün onlardan qat-qat üstün oynamaq lazımdır.  

- Komandanın "Olimpiakos”la oyunda şanslarını necə dəyərləndirirsiniz? Hər halda yunanlar "Dinamo”dan daha səviyyəli klubdur.
- Əlbəttə, "Olimpiakos” səviyyəli komandalardan biridir. "Neftçi” qat-qat çox güc sərf etməli olacaq. Məncə, baş məşqçi rəqibi düzgün təhlil etməklə komandanı tam şəkildə oyuna hazırlamağa çalışacaq. Hamımız bunu istəyirik. "Neftçi”mizə dəstək olacağıq. İstərdik ki, "Neftçi” hər iki oyundan müsbət nəticə ilə ayrılsın. 

- "Neftçi”nin bu il hansı Liqada qrup mərhələsinə vəsiqə qazanacağına ümidləriniz daha çoxdur?
- Ümidimiz həmişə böyük və çoxdur. Azərbaycan klubları səviyyəni yüksəldiblər. "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bir neçə dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Yəni, hədəf göstərilib. Azərbaycan çempionu olan hər bir klubun hədəfi minimum budur. Düzdü, obyektiv və subyektiv səbəblər var. Hər şey püşkatmadan, transferlərdən, hazırlıqdan asılıdır. Azərbaycanı beynəlxalq arenada təmsil edən "Neftçi” buna tam hazır olmalı və maksimum hədəfə çatmağa çalışmalıdır. 

- "Qarabağ”ın yaratdığı hər il qrupa düşmək ənənəsini "Neftçi”nin davam etdirmək potensialını necə qiymətləndirirsiniz?
- "Qarabağ”ı üstələyib Azərbaycan çempionluğunu yaşayan "Neftçi”nin minmum hədəfi bu olmalıdı. Azərbaycan çempionu dərk etməlidir ki, hədəf göstərilib. Maksimum hədəf Çempionlar Liqasının, minimum hədəf isə Avroliqanın qrupuna düşmək olmalıdır. Mən belə anlayıram. 

- Təmsilçilərimizin avrokuboklara hazırlıqlarını müşahidə edirsiniz yəqin ki. Klublarımızın durumunu necə dəyərləndirirsiniz?
- Ən vacibi odur ki, planlı şəkildə fəaliyyət göstərirlər. Bəziləri vətəndən kənara çıxmayıb, burada hazırlıq keçirlər. "Keşlə”nin rəqibi "Soçi”ni digərlərindən daha güclü hesab edirəm. Rusiyada sayılan komandalardan biridir. "Keşlə”nin üstünlüyü ondadır ki, belə durumlarda gücünü toplayıb rəqiblə başabaş mübarizə aparmağa çalışır. İnanaq ki, rəqib nə qədər güclü olsa da "Keşlə” azarkeşlərini sevindirəcək. Azərbaycanda "Çukariçki” sindromu var. Bir neçə dəfə komandalarımızı məğlub edib. Ayxan Abbasovun komandasının yoldaşlıq oyunlarında məğlub olmasına baxmayaraq, rəsmi matçlarda tam güclərini qoyacaqlarına və bu sindromu da sındıracaqlarına inanaq. "Qarabağ”dan çox danışmağa dəyməz. Ümumiyyətlə hesab edirəm ki, "Qarabağ” Konfrans Liqasının favoritidir. Oyunları ilə bunu sübut etməyə çalışacaqlar. "Favorit” sözünü elə-belə demədim. "Qarabağ” bu liqada ən yüksəklərdə olmağa qadirdir. 

- Konfrans Liqası yaradılandan sonra ümidlərimiz artdı ki, Avropada qrup mərhələsində bizi bir neçə komandanın təmsil etmək şansı var. Siz necə düşünürsünüz şanslar barədə?
- Şanslar var. "Neftçi” məğlubiyyətsizlik seriyasını davam etdirsə, ən pis halda Konfrans Liqasının "pley-off” mərhələsində olacaq. Arzum budur ki, komanda mümkün qədər irəliləyib bizləri sevindirsin. Yaxud da, dediyiniz kimi, Konfrans Liqasındakı rəqiblər "dişimizə” uyğundur. Klublarımız Avropada öz sözlərini deyir, ona görə də şanslarımızın çox böyük olduğunu düşünürəm. Düzdü, oyunlara qədər belə deyə bilərəm. Çünki oyunda bunları həyata keçirən komandalar, futbolçulardır. İlk növbədə arzu edək ki, zədələnməsinlər və oyuna tam hazır olsunlar. 

- Mahir Emrelinin "Legiya”dakı çıxışı haqda nə deyə bilərsiniz?
- Mahir sübut etdi ki, Azərbaycanda Avropa səviyyəli futboçular var. Onların Avropada oynamalarına imkan yaratmalıyıq. "Legiya” Polşa çempionatında sayılan komandalardandır. İnanıram ki, ilk "qaranaquş” öz arxasınca xeyli futbolçuları aparacaq. Bu gün Mahirdən, onun oyunundan çox şey asılıdır. Azərbaycan futbolunun nüfuzunu nə qədər qaldıracaqsa, yerli futbolçularımız üçün də o qədər imkanlar yaranacaq. 
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X