"Çelsi”nin sahibi Roman Abramoviçin yeni yaxtasının görüntüləri yayılıb.
Fanat.Az xəbər verir ki, yaxtanın qiyməti 430 milyon funt-sterlinqdi (təxminən 1 milyard manat). Helikopter meydançası ilə birlikdə 8 göyərtəyə sahib yaxtanın adı "460ft Solaris”dir.
Abramoviçin yaxtası hazırda Almaniyanın Bremerhaven şəhərindəki gəmiqayırma zavodundadır və inşası bitmək üzərədir.