İspaniyanın əfsanəvi qapıçısı İker Kasilyas və həyat yoldaşı Sara Karbonero ayrılır.
Fanat.Az xəbər verir ki, cütlüyün münasibətinin əvvəlki kimi olmaması iddia edilir. Bu səbəbdən onlar ayrılmaq qərarına gəlib.
"Portu”da çıxış edən dönəmdə məşq zamanı infarkt keçirən sabiq qolkiperin yoldaşı həmin vaxt xərçəng xəstəliyinə tutulub.
Beş il Portuqaliyada yaşadıqdan sonra ötən il İspaniyaya dönən ailədə ayrılıq qərarı Karboneroya məxsusdur. Çünki Sara xərçəng xəstəliyindən müalicə olunduğu vaxt İkerdən lazımi dərəcədə dəstək görmədiyini düşünür.
Qeyd edək ki, 12 ildir birlikdə yaşayan və 5 ildir evli olan cütlüyün 7 və 4 yaşında iki oğlu var.