10:26 18.08.2021 691

Azərbaycan millisinin yeddinci sınağı

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında ən effektiv və kütləvi vasitələrdən biri idmandır. Odur ki, idman aləmini Paralimpiya dəyərləri olmadan təsəvvür etmək çətindir. Almaniyalı neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən, 1960-cı ildən bu yana ali səviyyədə əksini tapan Paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub, günümüzdə dünyanın hər bir tərəfindən yüzminlərlə insanı ətrafına toplamaqdadır. 

Dəyərlər respublikamızda da nümunəvi səviyyədə qorunaraq, təbliğ edilir. Ölkəmizin nümayəndələri indiyədək cəmi altı Yay Paralimpiya oyunlarında iştirak etsələr də, qibtə ediləsi uğurlara imza atıblar. Azərbaycan idmançıları Paralimpiadalarda üst-üstə 38 medal qazanıblar. Bunlardan 9-u qızıl əyarlıdır.

Eyni zamanda, idmançılarımız müxtəlif növlərdə Avropa, dünya rekordları ilə yadda qalıblar.

 

Bu gün paralimpiyaçılarımız daha bir böyük sınaq ərəfəsindədir. Bir neçə gün sonra Tokioda 16-cı Yay Paralimpiya Oyunları start götürəcək. Azərbaycan seçməsi bu yarışlarda tarixdə ən geniş heyətlə təmsil olunacaq. Belə ki, bunadək ən yaxşı halda 22 nəfərlə Oyunlara qatılan Milli Paralimpiya komandamız "Gündoğar ölkə"yə 36 idmançı ilə yollanacaq. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündə çıxış edir. Təmsilçilərimiz birlikdə 47 kateqoriya üzrə mübarizə aparacaq.

17 yaşlı üzgüçü Dana Şandıbina ən gənc, 59 yaşlı güllə atıcısı Yelena Taranova ən yaşlı idmançımızdır. Sidney 2000-in gümüş, Afina 2004-ün bürünc mükafatçısı Taranova ümumilikdə altıncı dəfə Paralimpiya Oyunlarında iştirak edəcək. 

Komandamızın ən titullu üzvü isə İlham Zəkiyevdir. 2 qat Paralimpiya, dünya və 7 qat Avropa çempionu Paralimpiadanın açılış mərasimində yığmamızın bayraqdarı olacaq.

Heyətin rekord olması paralimpiyaçılarımıza bəslənən ümidləri daha da artırır. Xüsusilə cüdo, atletika, üzgüçülük kimi medal ənənəsi olan növlərdən, həmçinin Paralimpiadanın proqramına yeni salınan taekvondodan üst-üstə bir neçə mükafat gözlənilir. O cümlədən, əvvəlki illərlə müqayisədə geniş tərkiblə yarışlara qatılacağımız pauerliftinqdə də, nəhayət, tilsimin qırılması istisna olunmur.

Tokio 2020 ilə bağlı qarşıya qoyulan ən vacib məqsəd, sözsüz ki, qızıl medal göstəricisinin yaxşılaşdırılmasıdır. Respublikamızın nümayəndələri indiyədək bir Oyunlarda maksimum 4 baş mükafat əldə ediblər ki, bu nəticə London 2012-də qeydə alınıb. Son - Tokioyaqədərki rekord lisenziya sayı ilə əlamətdar olan Rio Paralimpiadasında millimiz "boğça"sına 1 "qızıl" əlavə edə bilmişdi.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov son Paralimpiya Oyunlarındakı nəticənin qanedici olmadığını vurğulayaraq, hazırkı Milli Paralimpiya komandasının tarixdə ən yaxşı olduğunu qeyd edib: "Komandamız tarixin ən güclüsüdür. Xüsusən atletika və cüdo millilərimizdə olduqca güclü idmançılar yer alıb. Milli Paralimpiya komandamızın üç üzvü Paralimpiya çempionudur. Bir neçə dünya və Avropa çempionumuz var.  Çox inanırıq ki, idmançılarımız Londondakı nəticəni də yaxşılaşdıra biləcəklər. (red: paralimpiyaçılarımız London-2012-də toplam 4 qızıl, 5 gümüş, 3 bürünc medal qazanıblar)".

Komandamızın bayraqdarı İlham Zəkiyev zədələrinə rəğmən, əzmini itirməyib. Afina və Pekin Paralimpiadalarının qalibi sonadək mübarizə aparacağını bildirib: "Desəm ki, yaxşı formadayam, yalan olar. Doğrudur, komanda olaraq məşqlərimiz yaxşı keçib. Göygöldə uzun müddət hazırlıq keçmişik. Bundan əlavə, bir neçə dəfə olimpiyaçılardan ibarət cüdo komandası ilə birgə məşqlərdə iştirak etmişəm. Sadəcə, zədələrim məni narahat edir. Ancaq heç nəyə baxmayaraq çıxıb sona kimi mübarizə aparacağam. Bir daha sübut edəcəyəm ki, Azərbaycan əsgəri yaralı halda da təslim olmur".

Qeyd edək ki, koronavirus səbəbi ilə ötən il təxirə salınan Tokio 2020 Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X