00:48 13.06.2022 1219

Millətlər Liqası: Yunanıstan liderliyi təmin etdi, Portuqaliya uduzdu

Bu gün UEFA Millətlər Liqasında IV tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.

A və B Liqalarının hər birində 2, C Liqasında 4, D Liqasında isə 1 görüş baş tutub.

İspaniya Çexiyanı inamla yenibsə, Portuqaliya səfərdə İsveçrəyə uduzub. Beləliklə, A Liqasının 2-ci qrupunda lider dəyişib.

B Liqasının 4-cü qrupunda Norveç "doğma divarlar arası"nda İsveçi məğlubiyyətə uğradıb. Bu qrupun digər görüşü də yetərincə maraqlı alınıb. Serbiya Sloveniya səfərində hesabda 2 top önə çıxıb və yekunda 1 xalla kifayətlənib.

C Liqasının 2-ci qrupunda Kosovonu tək qolla üstələyən Yunanıstan xal hesabını 12-yə çatdırıb və vaxtından əvvəl qrup qalibi olub. 

C Liqasının 4-cü qrupunda adından söz etdirən Gürcüstan Sofiyadakı qarşılaşmada 5:2 hesablı ilə yendiyi Bolqarıstanla evdə qolsuz bərabərliyə razılaşıb. Bu, qonşu ölkənin lider mövqeyində qalmasına kifayət edib. 

D Liqasının 2-ci qrupunda Malta San Marinonu məğlubiyyətə uğradaraq Estoniya ilə xallarını bərabərləşdirib.

UEFA Millətlər Liqası
12 iyun

A Liqası
2-ci qrup

İsveçrə - Portuqaliya 1:0 

Qol: Seferoviç, 1

İspaniya - Çexiya 2:0 

Qollar: Soler, 24. Sarabiya, 75

Xal durumu: İspaniya - 8, Portuqaliya - 7, Çexiya - 4, İsveçrə - 3.

B Liqası
4-cü qrup

Norveç - İsveç 3:2

Qollar: Holand, 10; 54-pen. Sörlot, 77 - Forsberq, 62. Dyökereş, 90+5.

Sloveniya - Serbiya 2:2 

Qollar: Sporar, 48. Sesko, 54 - Jivkoviç, 8. Mitroviç, 35

Xal durumu: Norveç - 10, Serbiya - 7, İsveç - 3, Sloveniya - 2

C Liqası
2-ci qrup

Şimali İrlandiya - Kipr 2:2

Qollar: Makneyr, 71. Evans, 90+4 - Kakulis, 32; 51

Yunanıstan - Kosovo 2:0 

Qollar: Giakumakis, 71. Mantalos, 90+9

Xal durumu: Yunanıstan - 12, Kosovo - 6, Şimali İrlandiya - 2, Kipr - 2

C Liqası
4-cü qrup

Şimali Makedoniya - Cəbəllütariq 4:0

Qollar: Bardi, 4. Miovski, 14; 16. Çurlinov, 31.

Gürcüstan - Bolqarıstan 0:0

Xal durumu: Gürcüstan - 10, Şimali Makedoniya - 7, Bolqarıstan - 3, Cəbəllütariq - 1

D Liqası
2-ci qrup


Malta - San Marino 1:0 

Qol: Muskat, 50

Xal durumu: Estoniya - 6, Malta - 6, San Marino - 0.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

18:45

"Barselona" "Liverpul"un forvardına elçi düşdü

17:50

"Real Madrid" karyerasını bitirən Hazara görə milyonlar itirəcək  

17:29

"Bu anın çatdığını düşünmürəm" - Erik ten Haq

17:11

AFFA rəsmiləri UEFA-nın seminarında

16:52

Azərbaycanın hokkey komandası B Liqasının qalibi oldu

16:33

Azərbaycan daha üç boksçusu bürünc medalı təmin etdi

16:16

"Mançester Siti" tarixi rekordun biraddımlığında

15:55

Mbappe klub prezidenti ilə əlbəyaxa oldu

15:39

Ançelotti ÇL-in finalında Lunini oynadacaq, yoxsa Kurtuanı? - AÇIQLAMA

14:56

Lisenziya alan klubların adları açıqlandı - RƏSMİ

14:27

Buffon AÇ-2024 üçün favoritini açıqladı: "Onların heyətindən hətta 3 komanda yaratmaq olar"

14:08

A Seriyası təmsilçisi "Qalatasaray"ın ulduzunu istəyir

13:53

FIB üç ölkənin milli federasiyasının üzvlüyünü dayandırdı

13:50

Qrafströmün FİFA-nın baş katibi postuna təyinatı reallaşdı

13:33

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

13:16

Premyer Liqa iştirakçıları "gümüş" və "bürünc" görməyəcəklər

12:58

Piolinin yerini argentinalı tuta bilər - SON DURUM

12:41

İPL-də ən çox maaş alan məşqçilər bilindi - Arteta 4-cü yerdədir

12:23

Qvardiola "öldü-dirildi" - VİDEO/FOTO

12:05

Şumaxerin saatları hərracda satıldı

11:44

"Hər şey öz əlimizdədir" - Pep Qvardiola

11:27

"Qalatasaray"ın futbolçusu uzun müddətə sıradan çıxdı

11:06

"Hər dəfə kimsə Birinci Liqaya düşüb dağılacaqsa, onda bizdə futbol inkişaf etməyəcək"

10:45

Premyer Liqa klubu bunu 41 il sonra bacardı

10:23

Elman Sultanov çempionluğu dəyərləndirdi

09:42

Kevin De Bröynedən unikal göstərici - Fabreqası geridə qoydu, rekorda bir addım qaldı

09:20

Minifutbol: Azərbaycan çempionu bilindi

09:03

Mbappe PSJ-nin məşqlərinə buraxılmadı

14 May 2024
20:15

"Bayern" İPL-in ulduzu ilə güclənir

19:21

Runi MY-nin futbolçularını saxtakarlıqda ittiham etdi

Facebookdan bizi izləməyi unutmayın.
X