17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma Belarusun paytaxtı Minskdə təşkil olunacaq oyunlara hazırlıq məqsədilə aprelin 25-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
U-17 mayın 1-də Minskə yollanacaq. Komanda mayın 2-də Belarus, 4-də Qazaxıstan, 7-də isə Türkiyədən olan həmyaşıdları ilə üz-üzə gələcək.