Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində günün ikinci oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, A qrupunda yer alan İtaliya və Gürcüstan yığmaları Bakı Tennis Akademiyasında 2-ci tur matçında üz-üzə gəliblər.
İlk gündə Serbiyaya minimal fərqlə məğlub olan Gürcüstan bu dəfə 4:2 hesablı qələbə qazanıb.
Günün ilk görüşündə B qrupunda Ukrayna yığması Türkiyəni 3:2 hesabı ilə məğlub edib.
Bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları keçiriləcək. B qrupunda isə Qazaxıstan – CAR və Türkiyə – Fransa görüşləri olacaq.