Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün pley-off və yarımfinal oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Bakı Tennis Akademiyasında A qrupunu 3-cü pillədə başa vuran Azərbaycan millisi yarımfinala yüksəlmək uğrunda Fransa ilə qarşılaşacaq. Digər cütlükdə isə Çexiya və Ukrayna seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər.
Bu cütlərin qalibləri yarımfinal mərhələsində müvafiq olaraq Serbiya və Qazaxıstanla üz-üzə gələcəklər.
Pley-off
1. 11:00. Fransa – Azərbaycan
2. 12:30. Çexiya – Ukrayna
Yarımfinal
20:00. Serbiya – 1-ci cütün qalibi
21:30. Qazaxıstan – 2-ci cütün qalibi