Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qalib olan mini-futbol üzrə Azərbaycan millisi bu gecə Bakıya qayıdacaq.
Fanat.Az xəbər verir ki, yığmamızı gətirən təyyarə saat 03:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.
Gec saatları olmasına baxmayaraq, sosial şəbəkədəki şərhlərə əsasən deyə bilərik ki, qitə çempionlarımızı xeyli sayda azarkeş qarşılayacaq.
Qeyd edək ki, mini-futbol millimiz finalda altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə yenərək titula sahib çıxıb.