Azərbaycan para-atletləri 22 fevral – 2 mart tarixlərində BƏƏ-nin Dubay şəhərində keçiriləcək Qran-Pridə iştirak etmək üçün yola düşüblər.
Fanat.Az xəbər verir ki, Qran-Pri Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.
Qeyd edək ki, yarışdan öncə Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə edəcək.