Keçmiş Formula 1 pilotu Patrik Tambe vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə onu çıxış etdiyi “Ferrari” komandası “Twitter”də məlumat yayıb.
Tambe 73 yaşında dünyasını dəyişib.
Onun Parkinson xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.
Tambe 1977-1979 və 1981-1986-cı illərdə Formula 1-də çıxış edib. O, iki Qran Prini qazanıb. Pilot 1982-ci ildə Almaniyada və 1983-cü ildə San Marinoda qalib olub.