17:08 22.12.2022 335

Avarçəkmə Xəzər sularına qayıdır

Başa çatmaqda olan 2022-ci il Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) üçün bir sıra yeniliklərlə əlamətdar olub. 

Fanat.Az xəbər verir ki, bu barədə Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan mətbuat konfransında məlumat verilib.

Federasiyanın vitse-prezidenti Fərid Əmirov və baş katib Fərhad Əliyevin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, 2022-ci ildə avarçəkmə ölkəmizdə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Sitat: “Böyük fəxr hissi ilə bildiririk ki, işğaldan azad olunan ərazilərdə ilk təlim-məşq toplanışı və ilk beynəlxalq idman yarışı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən təşkil olunub. Mart ayında Suqovuşan qəsəbəsində keçirilən təlim-məşq prosesində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirakı idmançılarımıza göstərilən qayğının nümunəsidir”. 

Bu il Suqovuşan qəsəbəsində və Mingəçevir şəhərində 2 beynəlxalq idman tədbirinin – may ayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku” və oktyabrda təşkil olunan, Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilən “Mingəçevir Reqatası” yarışlarının iştirakçı ölkələrin idmançıları və nümayəndə heyətləri tərəfindən böyük razılıqla qarşılandığını deyən baş katib Fərhad Əliyev bildirib ki, gələn ilki yarışlarda Azərbaycana gələcək komandaların sayında xeyli artım gözlənilir.

İl ərzində idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları nəticələrə gəlincə, Diana Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl, dünya çempionatında isə gümüş medal əldə edib. Yeri gəlmişkən, AKAF rəsmiləri bu idman növünün Xəzər dənizində inkişaf perspektivləri barədə danışarkən qeyd ediblər ki, bu istiqamətdə konkret addımlar atılmaqdadır və bunun üçün qarşıdakı illərdə beynəlxalq yarışların təşkili məsələsi də müzakirə olunur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə Mingəçevirdə və paytaxt Bakıda 11 peşəkar avarçəkmə klubunun fəaliyyət göstərdiyini xatırladan baş katib Federasiyanın əsas məqsədinin bu ənənələri bərpa etmək olduğunu bildirib.

Beynəlxalq idman təşkilatları ilə sıx əməkdaşlıq məsələlərinin hər zaman ön planda olduğunu deyən AKAF-ın vitse-prezidenti Fərid Əmirov vurğulayıb ki, AKAF rəhbərliyinin Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Roland və Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Vudsla görüşlərində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və ölkəmizdə bu idman növlərinin böyük inkişaf perspektivərinin olduğu xüsusi vurğulanıb.

Avarçəkmə idman növünün ölkəmizdə coğrafiyasının genişləndirilməsi məqsədilə müxtəlif rayonlarda su hövzələrinə baxış keçirildiyini deyən Fərhad Əliyev sentyabr ayında Neftçala rayonundakı Axmaz gölündə təlim-məşq toplanışının keçirildiyini xatırladıb. O bildirib ki, avarçəkməni paytaxt Bakıya qaytarmaq üçün Xəzər dənizində həyata keçirilən sınaq yürüşləri uğurla başa çatıb və uzun illərdən sonra paytaxtda bu idman növünün həvəskarları üçün yeni imkanlar açılacaq – belə ki, dekabrın 24-də Dənizkənarı Bulvar ərazisində “Avarçəkmə Xəzər sularına qayıdır” devizi altında prosesə rəsmən start veriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

Facebookdan bizi izləməyi unutmayın.
X