Ötən il dekabrın əvvəlində Formula 1 2023-cü ildə keçirilməsi nəzərdə tutulan Çin Qran-Prisinin COVID-19 ilə bağlı davam edən çətinliklər səbəbindən ləğv olunduğu rəsmən elan edilmişdi. Lakin Çin hökuməti yarışı keçirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, son günlərdə Çində pandemiya ilə bağlı bir çox məhdudiyyətlər aradan qaldırılıb. Həmçinin yanvarın 8-dən beynəlxalq uçuşlar üçün bütün karantin tələbləri ləğv olunacaq. Bununla əlaqədar Çin Qran-Prisinin təşkilatçısı “Juss Sports” şirkəti artıq Formula 1-ə mərhələni 2023-cü il təqviminə qaytarmaq və yarışı əvvəlcədən planlaşdırıldığı kimi aprelin 16-da keçirmək təklifi ilə müraciət edib.
Qeyd edək ki, 2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.