13:13 06.01.2023 1090

Kadinin \"Krasnodar\"a transferinə sözardı

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan futbolunun ən parlaq simalarından biri olan Kadi Borges Malinovski artıq "Qarabağ"ın futbolçusu deyil. Braziliyalı yarımmüdafiəçi Rusiyanın "Krasnodar" klubunun düşərgəsindədir. Tərəflər keçidi açıqlayıbsa, bu mövzuya yenidən qayıtmağa dəyər.

Təbii, sözügedən oyunçunun Rusiya təmsilçisinə qoşulması sayəsində ağdamlılar ölkə futbolunda tarixi rekord müəyyənləşdirib. İndiyədək heç bir xarici klub Azərbaycandan transfer etdiyi futbolçuya bu qədər xərcləməmişdi.

"Qara-yaşıllar"ın keçidi 5 milyon dollar qarşılığında reallaşdırdıqları bildirilir. Əlbəttə, Rusiya klubunun bu vəsaiti Ağdam təmsilçisinə necə ödəyəcəyi barədə indilik rəsmi məlumat yoxdur. Ancaq Azərbaycan futbolu üçün görünməmiş məbləğə satılan Kadinin transferinin bizə nə verdiyini incələmək üçün uyğun zamandır.

Kadi - Düzgün seleksiyanın bəhrəsi

Ağdam klubu 2021-ci ilin yayında Portuqaliyanın ikinci liqasından aldığı bəstəboy, Polşa kökənli "sambaçı"nı yetərincə münasib qiymətə transfer etmişdi. Həmin vaxt qol duyumunun yüksək olduğu deyilən legionerin nəyə qadir olduğu yerli futbol ictimaiyyətinə bəlli deyildi. Şübhəsiz, hər şey Kadinin yeni çağırışa necə cavab verəcəyindən, hansı səviyyədə peşəkarlıq nümayiş etdirəcəyindən asılı idi... 

Mərhələli uyğunlaşma prosesi keçən hücumameyilli oyunçu qısa müddətdən sonra futbol oynamaq istədiyini, qarşısına böyük məqsədlər qoyduğunu isbatladı. "Qarabağ"ın ötən ilin yayında çıxdığı "Avropa səyahəti" isə Kadinin karyerasının zirvə nöqtəsi oldu.

Bəlkə də çıxışını parladığı Azərbaycan təmsilçisində davam etdirsəydi, qış fasiləsindən sonra əvvəlkindən də yüksək performans sərgiləyəcəkdi... Bəlkə yerində sayacaq, bəlkə də geriləyəcəkdi.

2021-ci ilin yayında alındığı qiymətdən təqribən 10 dəfə baha satılan cənubi amerikalının Rusiya klubuna keçidi düzgün seleksiyanın, doğru transfer siyasətinin bariz nümunəsidir. Yayda seneqallı İbrahima Vadjini "Sent-Etyen"ə satan ağdamlıların qısa müddətdən sonra növbəti əcnəbi oyunçudan daha yüksək gəlir götürməsi bütün hallarda, təqdirəlayiqdir. Ölkənin Avropada ən cəsarətli təmsilçisinin bu yöndə daha böyük addımlar atacağına ümid edək.

Avropa futboluna inteqrasiya

Müasir futbol hər şeydən öncə böyük biznes deməkdir. Yəni qarşısına böyümək məqsədi qoyan klub gəlir də götürməli, yalnız sponsorun hesabına ayaqda qalmamalıdır. Oyunçu satışı sayəsində büdcəsini zənginləşdirən onlarla Avropa klubu var. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"sunu, Belqrad "Partiza"ını və başqalarını misal çəkə bilərik. 

Bəli, klubun öz yetirmələrini "keyfiyyətli məhsul" kimi təqdim etməyi bacarması, istedadlı yerliləri ilə dünyaya səs salması başqa özəllikdir. Bu gün Ağdam təmsilçisinin ciddi perspektiv vəd edən uşaq futbolu yoxdur. Ancaq Bakıda məskunlaşan bölgə klubu bir oyunçunun satışından rekord məbləğdə qazanc əldə edibsə, Avropa futboluna inteqrasiya baxımından ortaya ciddi fakt qoymuş sayılır. Başqa sözlə, illərdir avrokuboklarda özünü yaxşı tərəfdən göstərərək ölkə sərhədlərindən kənarda da tanınan "Qarabağ"ın artıq daha bir istiqamətdə püxtələşməyə başladığı sezilir. 

Özü getmək istəyibsə...

"Krasnodar"da Azərbaycan klubundakından 8-10 dəfə çox əməkhaqqı alacaq (Rusiya mətbuatı yarımmüdafiəçinin illik 2 milyon avro qazanacağını açıqlayıb) Kadinin seçimini anlayışla qarşılamaq olar. Düzdür, siyasi səbəblərdən FİFA və UEFA bayrağı altında keçirilən bütün futbol yarışlarından kənarlaşdırılan ölkənin klubuna üz tutmaq bu gün üçün yetərincə mübahisəli məqamdır. Braziliyalı yarımmüdafiəçinin "Krasnodar"ın oyun üslubuna necə uyğunlaşacağını, orada "Qarabağ"dakı qədər uğurlu olub-olmayacağını zaman göstərəcək. Bunlar məntiqlə, Ağdam komandasının məşqçilər korpusunu xüsusi şəkildə qayğılandırmamalıdır. Lakin dəqiq olan budur ki, getmək istəyənin qarşısını kəsməzlər.  

Kadisiz pley-offdan nə gözləyək?

Əlbəttə, Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparacaq "köhlən atlar" üçün komandanın lidelərindən birinin iş yerini dəyişməsi əlavə çətinliklər yaradacaq. Avropa matçlarında dəfələrlə "sehrli çubuq" funksiyasını yerinə yetirən, vacib qollar və ötürmələrlə oyunların nəticəsini müəyyənləşdirən fiqurun ağdamlıları tərk etməsi sıradan məqam deyil. Gələn ay Belçika "Gent"i ilə münasibətlərinə aydınlıq gətirməli olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bu qış onun yerinə daha yaxşısını tapacağını isə yəqin ki, ən nikbin azarkeş proznozlaşdırar. Lap birinci duelə - fevralın 16-da Bakıda keçiriləcək görüşə qədər yaxşı legionerin gətirilməsi mümkün olsa belə, onun qısa müddətdə uyğunlaşmanı geridə qoyaraq Kadi qədər faydalı ola biləcəyini düşünmək absurddur. Hərçənd heyətdə başqa yarımmüdafiəçilər də var. Amma bir futbolçunun gedişi ilə "Qarabağ"ın "Gent"i mübarizədən kənarlaşdırmaq şansının azı 10 faiz azaldığını da vurğulamalıyıq.

Mütəxəssis nə deyir?

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında Kadinin "Krasnodar"a keçməsini belə dəyərləndirdi:

"Məsələyə bir neçə tərəfdən baxmaq olar. Bu mövsüm "Qarabağ"ın heyətində bir neçə həlledici oyunçu vardı. Legionerlərdən Veşoviç, Kadi və Zubiri qeyd edərdim. Bu üç futbolçu həm Çempionlar Liqasının təsnifat mərhələsində, həm Konfrans Liqasında, həm də Avropa Liqasının qrup mərhələlərində özlərini yaxşı tərəfdən göstərdilər. "Qarabağ"ın belə desəm,onurğasını təşkil edən oyunçular idi. Hücum planında hər üçünün əvəzsiz rol oynadığı sezilirdi.

Bu baxımdan Kadinin "Qarabağ"dan gedişi komandanın çıxışına sözsüz ki, təsir edəcək. Ancaq getmək istəyən oyunçunu saxlamaq doğru strategiya deyil. Kadinin gedişinin səbəbi "Krasnodar"ın maddi tərəfdən daha yaxşı məbləğ təklif etməsidir. İnanmıram ki, "Qarabağ" da, "Krasnodar" da eyni pulu versin və Kadi "Qarabağ"dan getmək istəsin. "Qarabağ"da aldığından dəfələrlə çox təklif ediblər və belə təklifə də "yox" demək çox çətindir. Bir futbolçu mövsümün sonunda getməyi planlaşdırırsa, qışdan sonra o daha çox ayağını fikirləşir. Çünki bilir ki, zədə alacağı təqdirdə, heç kim onu almayacaq. Qış fasiləsindən sonrakı dönəmdə özünü qorumağa çalışan oyunçu yaxşı performans göstərə bilməz. Bu isə çox təhlükəli durumdur. Könlündə getmək arzusu varsa, xahişlə saxlayırsansa, könülsüz oynayır. Ona görə saxlamaq mənasızdır.

"Qarabağ"a gəlincə, komandanın ən azı 20 gün vaxtı var ki, yeni futbolçu alsın və həmin oyunçu komandaya uyğunlaşsın. Təbii ki, uyğunlaşma vacib məqamdır. Ola bilər ki, daha yaxşı oyunçu gəlsin, amma komandaya adaptasiya ola bilməsin. Çünki biz bunu bir neçə oyunçunun timsalında görmüşük. Məsələn, Andrade, Romao kimi futbolçular əsas heyət oyunçusu kimi komandaya cəlb olundu. Amma onları əsas heyətdə görə bilmədik. Bir də qış fasiləsində yaxşı oyunçu almaq çətin olur. Alsan belə, torbada qara pişik məsələi kimi olur. Bilmirsən komandaya uyğunlaşa biləcək, ya yox... Bu kimi məsələlər hər zaman açıq qalır.

Kadinin adına danışası olsaq, sözsüz ki, maddi tərəf peşəkar futbolçu üçün böyük önəm kəsb edir. "Krasnodar"ın çıxış etdiyi Rusiya çempionatı da bizim çempionatdan daha yaxşı liqadır. Orada çıxış etməsi geriyə addım qismində dəyərləndirilə bilməz. Digər tərədən, böyük pullar qazanacaqsa, deməli, bu, onun üçün doğru addımdır. Sadəcə "Krasnodar"da "Qarabağ"da olduğu kimi Çempionlar Liqasında tez-tez çıxış etmək imkanı əldə edə bilməyəcək. Real baxsaq, daxili birincilikdəki rəqiblərinə nəzər yetirsək, "Krasnodar"ın ÇL-in qrupuna düşməsi mümkün deyil. Hə, Rusiya klublarının FİFA və UEFA bayrağı altında keçirilən yarışlara qatılmasına icazə verilsə, gələcəkdə Avropa Liqasının qrupunda oynaya bilər...

Kadinin gedişi  "Qarabağ"a çox da təsir etməyəcək. Çünki cinahlara oyunçu tapmaq asandır. Eşitdiyimə görə, Kaşuku almaq istəyirlər. O başqa tipli oyunçudur. Kadi qədər zərbə vurmaq imkanları çox olmasa da, cinah ötürmələri, keçidləri bəlkə də Kadidən daha yaxşıdır. Düşünrəm ki, onu alsalar, Kadinin yerini doldura bilər".

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X