Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan yığmasının lideri Anna Başta Tunisdə keçirilən Qran-Pridə uğursuz çıxış edib.
Fanat.Az xəbər verir ki, son Avropa çempionu və dünya çempionatının gümüş medalçısı 1/8 finalda ukraynalı Olqa Xarlana uduzub (8:15).
Digər təmsilçilərimizə gəldikdə, Sevil Bünyatova, Valeriya Bolşakova və Səbinə Kərimova 1/32 finalda rəqiblərinə uduzaraq mübarizəni dayandırıblar.