09:35 10.02.2023 556

Milli çempionatda milli ümid - Bəs bombardir kim olacaq? 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Futbol kollektiv oyun olsa da, qoleador oyunçuların daha geniş auditoriya tərəfindən sevildiyi faktdır. Əlbəttə, futbolsevərlərin əsas işi rəqib qapıçıları məyus etmək olan hücumçuların çıxışını xüsusi həvəslə izləməsi başadüşüləndir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da belədir. 21 turu geridə qalan Azərbaycan çempionatının bombardirlər cədvəlindəki indiki mənzərə isə bu mövzuya xüsusi diqqət ayırmağa əsas verir.

Azərbaycanlı hegemonluğu - Milli ümid

Hazırda ölkə birinciliyinin ən sərrast oyunçularının siyahısına hərəyə 15 qolla iki "Qarabağ"lının - Ramil Şeydayevlə Musa Qurbanlının başçılıq etməsi  şübhəsiz, ürəkaçan mənzərədir. Şərikli liderlərin milli formanı geyindiyini və yığmanın son matçlarında yüksək performasn sərgilədiyini nəzərə alsaq, mövcud reallıqda həm də ümid qoxusu var. Üstəlik, Premyer Liqamızın 5 ən məhsuldar futbolçusu arasında seçmənin vazgeçilməz adlarından sayılan Emin Mahmudovun da mövqe tutduğunu nəzərə alsaq, Canni De Byazinin komandasının hücum keyfiyyətinin artdığını söyləyə bilərik. Bu mövsüm 10 dəfə adını tabloya yazdıran Emin "Sabah"ın legioneri Coy Lens Mikelsdən 2 top geridədirsə, "Neftçi"nin kapitanını 9 qolla Masazır təmsilçisinin digər oyunçusu - Aleksey Kaşuk izləyir. 

Millimiz martın sonlarında AÇ-2024-ün seçmə mərhələsinin ilk iki matçına çıxacaq. Hər iki qarşılaşma səfərdədir və təbii ki, səviyyəcə özündən üstün rəqiblərlə qarşılaşacaq təmsilçimizin favoriti olmadığı görüşlərdə azərbaycanlıları yaxşı mənada təəccübləndirməsini hamımız arzulayırıq. Martın 24-də Avstriya, 27-də isə İsveçlə rəqib meydanında üz-üzə gələcək seçmənin əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin uzun müddətə sıradan çıxmasına üzüldüyümüz kimi, əsas qol ümidlərimizin klublarındakı oyunları ilə "biz də varıq" demələrinə də sevinməliyik. 

Çox şey dəyişə bilər, amma...

İndidən Azərbaycan çempionatında sonluğun necə olacağını, yekunda mövsümün ən sərrast oyunçusu adını kimin qazanacağını əminliklə söyləmək müşkül məsələdir. İrəlidə hələ 15 tur varsa, deməli, nəzəri cəhətdən adı bu gün heç 5 bombardir arasında olmayan oyunçu belə, finişdə ən sərrast futbolçu adına yiyələnə bilər. Eləcə də qarşıdakı turun mərkəzi qarşılaşmasında - "Qarabağ" - "Sabah" görüşündə Mikelsin het-trik edərək Şeydayevlə Musanı haqlaması da mümkündür. Ehtimallar, mümkün sürprizlər öz yerində, amma durumu real prizmadan dəyərləndirməyə çalışsaq, əsas götürməli olduğumuz məqamlar üzərində dayanmalıyıq.  

Musa, yoxsa Ramil?

Qurban Qurbanovun rəhbərliyi altında onu siyahıdan silməyə tələsən tənqidçilərinin cavabını əzmkar və məhsuldar oyunu ilə verən Şeydayevin adətən vinger mövqeyində yer aldığı halda, 15 qol vurması diqqətçəkən nəticədir. Hə, baş məşqçinin güvəni sayəsində olduqca önəmli özünəinam qazanan 26 yaşlı Ramilin hazırda mümkün olanın ən yaxşısını etdiyini söyləmək mübahisəlidir. Ola bilsin ki, "Zenit"in yetirməsi bir qədər də "artıra",  daha da püxtələşə bilər. Müqayisə aparırıqsa, Şeydayevin APL-in geridə qalan bütün turlarında forma şansı qazandığını unutmamalıyıq. O, 21 çempionat matçında mübarizə aparıb və vurduğu 15 qolun yeddisinə penaltidən imza atıb. 

20 yaşlı Musa isə cəmi 18 qarşılaşmada meydana çıxıb, bütün qollarını rəqib qapılarından oyun vəziyyətindən keçirib. Qurbanlının matç sayı Ramilinkindən azdırsa, oyun dəqiqəsi baxımından xüsusi simpatiyası olan komanda yoldaşından xeyli geri qalırsa, məntiqlə, ən yaxşı bombardir olmaq ehtimalı daha yüksəkdir. Digər tərəfdən, Musanın nominal forvard mövqeyində oynaması qabardılmalıdır. Bəlli məsələdir ki, cərimə meydançasında daha çox vaxt keçirən oyunçunun qollarının sayını artırmaq şansı da çoxdur. 

Mütəxəssislər nə deyir?

Mövzu ilə bağlı mütəxəssislərin də fikirlərini öyrəndik. Öncə Azərbaycan futbolunun ən istedadlı hücumçularından biri kimi yadda qalan, hazırda 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi olan Samir Əliyevlə əlaqə saxlayıb həmklublardan hansını daha şanslı saydığını soruşduq.

İstər milli, istərsə də şərəfini qoruduğu klubların forması ilə çıxdığı matçlarda rəqib müdafiəçilərinə çətin anlar yaşadaq, top qovduğu dönəmdə dəfələrlə baxımlı qollara imza atan Əliyevin Fanat.Az-a açıqlaması belə oldu:

"Fikrimcə, yekunda Musa Qurbanlı bombardir olacaq. Həm Musa sırf mərkəz hücumçusu mövqeyində çıxış edir, həm də onun qol duyumu Şeydayevinkindən daha yaxşıdır. Əlbəttə, Musanın bombardir olmaq perspektivindən danışırıqsa, bundan sonrakı vəziyyəti də nəzərə almalıyıq. Artıq Ovusu Kvabena "Qarabağ"da deyil və bu məqam Qurbanlı üçün daha çox oynamaq şansı anlamındadır. Unutmayaq ki, Ramil bu mövsüm Musadan çox oynadığı halda, 15 qoldan yeddisini penaltidən vurub".

2007/2008 mövsümündə Bakı "İnter"inin forması ilə 19 qol vuraraq ölkə çempionatının bombardiri adını qazanan Xaqani Məmmədovun da fikirlərini öyrəndik. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin köməkçilərindən biri qismində fəaliyyət göstərən Məmmədov çalışqanlıq amilini qabartdı:

"Futboldu, indidən nəsə demək çətindir. Əsas bundan sonrakı çempionat matçlarında bu oyunçuların öz üzərində necə işləməsi, oyunlara nə dərəcədə hazır olmasıdır. Yəni hansı daha çox əziyyət çəksə, daha çox işləsə, o da bombardir olacaq".

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X