Azərbaycanın gənc qılıncoynadanları Plovdivdə (Bolqarıstan) keçirilən qılıncoynatma üzrə dünya çempionatında çıxışlarını başa vurublar.
Fanat.Az xəbər verir ki, Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev və Saleh Məmmədovdan ibarət millimiz komanda yarışının startında Ukraynaya uduzub (28:45).
Fərdi yarışda Əkbərov və Hüseynov 1/32 finala yüksələ bilib.
Xatırladaq ki, daha əvvəl Zərifə Hüseynova yarışda gümüş medal qazanmışdı.