14:30 17.04.2023 524

"Ayrı-ayrı ermənilərin üzr istəməsi nəyisə dəyişə bilməzdi" - MÜSAHİBƏ

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatına 12 nəfərlik heyətlə  yollanan Azərbaycan millisi yarışın açılış mərasimində bayrağımız yandırıldığı üçün ölkəmizə qitə birincliyində iştirak etmədən qayıtdı. Ermənistanın növbəti cılızlığı məntiqlə, bizləri təəccübləndirməməlidir. Hərçənd İrəvandakı acizanə hərəkət və orada baş verənləri Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyevin dilindən eşitmək istədik.

Federasiya rəsmisi Fanat.Az-a müsahibəsində bizi maraqlandıran məqamlara aydınlıq gətirdi

- Mövcud reallıq fonunda Ermənistana yollanmaq yəqin ki, həyəcanverici idi...

- Hələ Avropa çempionatının Ermənistanda keçirələcəyi müəyyənləşən zaman rəhbərliyə müraciət edərək orada olmaq istədiyimi bildirmişdim. İdman prinsipləri öz yerində, qitə birinciliyi təbii ki, lisenziya yarışıdır. Qarşıda iştirak edə bilmədiyimiz AÇ də daxil olmaqla cəmi 6 belə yarışın qaldığını da unutmayaq. Digər tərəfdən, şəxsən özüm də İrəvanı görmək istəyirdim. 

- Bizimkilər açılış mərasimində olmayıblar. Bunu özünüz istədiniz?

- Açılış mərasimində baş verən vəhşilik barədə artıq hamı məlumatlıdır. Ermənistanın dövlət başçısının 5 metrliyində Azərbaycan bayrağının yandırılması hər şeydən onların özlərinin bir-birini təhqir etməsi sayılır. Sırf təxribatdan kənarda qalmaq və təhlükəsizlik üçün özümüz qatılmamağa qərar verdik. Biz orda olsaydıq, bayrağımıza qarşı atılan cılız addım yəqin ki, böyük fəsadlara yol açacaqdı. Bunun azərbaycanlıların gözü qarşısında edilməsini qəbul etmək çətin məsələdir. Elə anda istənilən insan emosiyalarını cilovlamağa çətinlik çəkər. Hərçənd onların Avropa çempionatının açılış mərasimində özlərini bu dərəcədə biabır edəcəyini gözləmirdim. 

- İrəvan ümumiyyətlə necə təsir bağışladı? 

- Orta standartlarla baxsaq, inkişaf etmiş şəhərə bənzəmir. Televiziyada necə görürüksə, elədir. Düzdür, biz şəhəri gəzmədik. Hava limanından avtobusla otelə yollandıq, oradan kənara yalnız bir dəfə - məşq üçün çıxıb geri döndük.

- Azərbaycanlı olduğunuzu bilənlərdən özünüzə qarşı aqressiya hiss etdinizmi?
- Açığı, mühafizə xidmətindən, otelin əməkdaşlarından - bizim yanımızda olanlardan xüsusi aqressiya görmədik. Şübhəsiz, təlimatlandırmışdılar. Sadə ermənilərlə ünsiyyət qurmadıq.

- Hər halda, yarışın təşkilatçıları ilə müəyyən ünsiyyətiniz olub. Özləri bayraq qalmaqalından sonra baş verənləri necə əsaslandırırdılar?
- Üzrxahlıq edənlər, bu cılızlığı pisləyənlər var idi. Ancaq ayrı-ayrı ermənilərin üzr istəməsi nəyisə dəyişə bilməzdi. Rəhbərlik müəyyən məsləhətləşmələrdən sonra yarışa çıxmamağın ən düzgün qərar olduğu qənaətinə gəldi.

- İdmançılarımız özləri necə, medal və lisenziya üçün yarışa çıxmaq istəyirdilər?
- Ayrı-ayrılıqda ad açıqlamaq nəyisə dəyişməyəcək. Hər birinin ortaya vətənpərvər mövqe qoyması qururverici idi. Açılış mərasimində bayrağımız yandırıldığı üçün turnirdə iştirak etməyi qəbul etmirdilər. Məncə, belə də olmalı idi. Halbuki bir neçə idmançımızın medal qazanmaq, hətta çempion olmaq şansı var idi. 

- Sizin girov götürlüdüyünzlə bağlı xəbərlər əməlli-başlı səs-küyə səbəb oldu...

- Biletlərimiz alınmışdı. Artıq orada qalmağın mənası yox idi. Bizim qayıtmağımız, iştirakdan imtinamız təşkilatçı ölkənin özünə bir zərbə idi. Bəlkə də düşünürdülər ki, həmin gün qayıtmayıb yarışa qatıla bilərik. Çünki bu iyrəncliyi bir nəfərin etdiyini, bundan sonra təhlükəsizliyin yüksək səviyyədə təmin olacağını deyirdilər. Şübhəsiz, inanmağa, güvənməyə dəyməzdi. Dediyim kimi, baş nazirin gözü qarşısında bu hadisə baş verirsə, əlavə şərhə ehtiyac qalmır. Bizi oteldə saxlamışdılar. Öncə qayıda biləcəyimizi dedilər, ardından əlaqə saxlayaraq bildirdilər ki, təhlükəsizlik baxımından hələ bu gün təyyarə ilə yola düşə bilmərik.

- Niyə Gürcüstana məhz avtobusla yollandınız?

- Bunun daha təhlükəsiz variant olduğunu dedilər. 

- Hava limanında belə qarşılacağınızı gözləyirdiniz?

- Şəxsən mən gözləmirdim. Bu, Azərbaycan xalqının böyüklüyüdür. Yarışda iştirak edə bilməsək də, İrəvana cəsarətlə yollanmışdıq. 

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X