Azərbaycanın kişi həndbol yığması aprelin 25-30-da Varnada (Bolqarıstan) inkişaf etməkdə olan ölkələr arasında dünya çempionatında çıxış edəcək.
Fanat.Az xəbər verir ki, milli D qrupunda Bolqarıstan və Nigeriya komandaları ilə mübarizə aparacaq. Komandamız ilk oyunda meydan sahibləri ilə qarşılaşacaq.
Digər qupların tərkibi belədir:
A qrupu: Malta, Hindistan, Andorra
B qrupu: Kipr, Moldova, Avstraliya
C qrupu: Böyük Britaniya, Kuba, Qvatemala
Qeyd edək ki, yalnız qrup qalibləri yarımfinala yüksələcək.