Azərbaycan karateçisi İrina Zaretska Mərakeşin paytaxtı Rabatda keçirilən Premyer Liqa turnirində qalib olub.
Fanat.Az verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı finalda isveçrəli Yelena Quiriçi 4:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, İ.Zaretska ikiqat dünya və Avropa çempionu, Tokio 2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır.