Bu gün Azərbaycanın iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində Omonjon Otajonov (Özbəkistan) - Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında 46 kq-da Minayə Əkbərova eyni mərhələdə Ruka Okamoto (Yaponiya) - Sarao Sançes (Puerto-Riko) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib. Dünya çempionatı iyunun 4-də başa çatacaq.