Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatını medalsız başa vurub.
Fanat.Az xəbər verir ki, kişilərin 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində özbəkistanlı Omonjon Otajonova uduzub.
Qadınların yarışında 46 kq-dakı Minayə Əkbərova eyni mərhələdə Ruka Okamotoya (Yaponiya) yenilib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib. Dünya çempionatı iyunun 4-də başa çatacaq.