Dünya Minifutbol Federasiyası (WMF) Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatından əvvəl milli komandaların reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, son Avropa çempionatının qalibi olan Azərbaycan yığması yeni açıqlanan sıralamada 5-ci pilləyə yüksəlib. Yığmanın hesabında 2000 xal var.
Reytinq cədvəlinə 3550 xalla son dünya çempionu Meksika başçılıq edir. Çexiya (2800) ikinci, Rumıniya (2475) isə üçüncü pillədə qərarlaşıb.