20:23 29.07.2023 377

Bakıdakı Dünya Kubokunun açılış və püşkatma mərasimi keçirildi

Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, Konqres Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, digər yerli federasiyaların rəsmiləri, şahmatçılar və qonaqlar iştirak ediblər.

Əvvəlcə səhnəyə şahmat xanaları gətirilib. Şahmat fiqurlarının formasında paltar geyinmiş personajların ifasında maraqlı səhnəcik təqdim olunub. Ardınca Dövlət Himni səsləndirilib.

Bundan sonra Azərbaycanda şahmatın inkişafı və təbliğatından bəhs edən videoçarx göstərilib.

Açılış mərasimində çıxış edən Fərid Qayıbov yubiley - 10-cu Dünya Kubokunun Bakıda təşkilinin təsadüf olmadığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev ili" elan olunduğunu xatırladıb. Şahmatın Azərbaycanda çox sevilən idman növü olduğunu söyləyən nazir bu məsələdə dövlətin qayğısını xüsusi vurğulayıb. F.Qayıbov sonda iştirakçılara uğurlar arzulayaraq onların Bakıda səmərəli vaxt keçirəcəklərinə inamını ifadə edib.

Daha sonra söz Mahir Məmmədova verilib. Qonaqları salamlayan federasiya prezidenti Azərbaycanın əsl şahmat ölkəsi olduğunu söyləyib. O, ölkədə şahmatın dövlət siyasəti olduğunu qeyd edib. Azərbaycan qrossmeysterlərinin beynəlxalq yarışlardakı uğurlarından söz açan M.Məmmədov Dünya Kubokunda ölkəni 18 şahmatçının təmsil edəcəyini bildirib. O, Bakıdakı yarışın ədalətli və barışmaz mübarizə ilə yadda qalacağını əlavə edib. M.Məmmədov göstərilən etimada görə növbəti dəfə Beynəlxalq Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edib.

FIDE prezidenti isə öz növbəsində başda Prezident İlham Əliyev olmaqla təşkilatçı ölkəyə belə bir yarışın keçirilməsi üçün minnətdarlığını bildirib. Yaradılan şəraitdən razılıq edən rusiyalı funksioner iştirakçılara uğurlar arzulayıb. Dvorkoviç Dünya Kubokunu açıq elan etdikdən sonra Beynəlxalq Şahmat Federasiyasının rəsmi himni səsləndirilib.

Sonda isə yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək şahmatçılar müəyyənləşib.

İyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X