“Rakuv”un sabiq baş məşqçisi Marek Papşun Polşa çempionunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la mübarizəsindən danışıb.
Fanat.Az xəbər verir ki, 49 yaşlı polşalı mütəxəssis Çenstoxovada baş tutan ilk görüşdə qazanılan 3:2 hesablı qələbəni ciddi üstünlük sayır: “Komandanın futbolçu heyətinin keyfiyyəti xeyli artıb. Hər üç "cəbhə"də uğurla yarışmaq olar. Şəxsən mən “Rakuv”un “Qarabağ” səddini keçəcəyinə inanıram".
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” görüşü saat 20:00-da başlayacaq.