Azərbaycan minifutbol millisi bu gündən Türkiyədə təlim-məşq toplanışına başlayır.
Fanat.Az xəbər verir ki, yığmanın hazırlıq üçün heyəti açıqlanıb.
Baş məşqçi Elşad Quliyev Bələk şəhərindəki toplanışa 20 oyunçu cəlb edib. Onlardan 11-i “Zirə”nin, 9-u isə “Birbaşa Bakı”nın şərəfini qoruyur:
Millinin heyəti: Davud Kərimi, Ağaseyid Qasımov, Tural Nərimanov, Bəxtiyar Soltanov, Rəvan Kərimov, Taleh Babayev, Pərviz Qaraxanov, Mirkamil Əliyev, Seymur Məmmədov, Aleksandr Şemonayev, Samir Həmzəyev (hamısı “Zirə”), Rizvan Fərzəliyev, Elvin Əlizadə, Cəfər Cəfərov, Mirmehdi Rzayev, Vəli Qafarov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Emil Məmmədov, Eşqin Tağıyev (hamısı “Birbaşa Bakı”).
Qeyd edək ki, oktyabrın 7-dək davam edəcək toplanış dünya çempionatına hazırlıq xarakteri daşıyır.