Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Fanat.Az xəbər verir ki, yarışa qatılan iki təmsilçimiz fəxri kürsüyə qalxıb.
Rəşid Babazadə (65 kq) və Şamil Zubairov (97 kq) üçüncü yeri tutub.
Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil edilib. Məhəmməd Şükürzadə (60 kq) vətənə bürünc medalla qayıdıb.