Azərbaycan millisinin forvardı Ramil Şeydayevin Türkiyənin “Kocaelispor” klubundakı baş məşqçisi Ərtuğrul Sağlam postundan gedib.
Fanat.Az xəbər verir ki, məlumatı Kocaeli təmsilçisinin rəsmi saytı yayıb.
Məlumata görə, klub rəhbərliyi 54 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.
Qeyd edək ki, 23 tura 43 xal toplayan “Kocaelispor” I Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.